Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Satınalmalar üzrə rəhbər
08.09.2023
Namizədlərə tələblər aşağıdakı kimidir:

Biznesin idarə edilməsi, təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
● Master dərəcəsi və ya müvafiq sertifikatlaşdırma üstünlükdür;
● Satınalma prosesləri, strategiyası və qanunvericiliyin tələbləri haqqında mükəmməl biliklər;
● Mükəmməl ünsiyyət bacarıqları;
● Dövlət satınalmalarının təşkili və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlükdür;
● Azərbaycan və ingilis dilləri bilikləri şərtdir, əlavə olaraq, rus dili bilikləri üstünlükdür; 

 

Vəzifənin qısa təsviri

Satınalmalar üzrə rəhbər işçi şirkətin fəaliyyəti üçün zəruri olan mal və materialların tədarükünə nəzarət və rəhbərlik edir. O, tender prosedurları və alqı-satqı əqdlərinin ölkə qanunvericiliyinə və şirkətin standart siyasətinə uyğun olmasını təmin edir, eyni zamanda, alınmış materialların saxlanılması və mühafizəsinə nəzarət edir. 

Vəzifə öhdəlikləri:

Satınalma prosesinə nəzarət etmək, lazımi resursların və təchizatçıların müəyyən edilməsi, mal-materialların vaxtında çatdırılması və düzgün saxlanılmasını təmin etmək;
● Təchizatçılarla bağlanmış müqavilələrin idarə etmək, müqavilə şərtlərinə riayət olunmasını təmin etmək, pozuntu hallarını aşkar etmək və səmərəli şəkildə aradan qaldırmaq;
● Müvafiq sənəd və hesabatları hazırlamaq, struktur bölmələrinin müraciətləri əsasında aylıq, rüblük və illik sifarişləri tərtib etmək;
● Potensial və mövcud təchizatçılarla, o cümlədən xarici şirkətlərlə münasibətləri təşkil etmək və inkişaf etdirmək;
● Bazarı öyrənmək, müvafiq araşdırmalar aparmaq və satınalma tövsiyələrini hazırlamaq;
● Şöbəyə rəhbərlik etmək, şirkət daxilində digər şöbələrlə əlaqələr yaratmaq, işçilər tərəfindən nizam-intizam qaydalarına riayət olunmasını təmin etmək, lazım gəldikdə iş təsvirlərini hazırlamaq.

 

Maraqlananlar CV-lərini (azərbaycan və ya ingilis dilində) hr@azeristilik.gov.az elektron ünvanına göndərə bilərlər.

İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında