Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Korporativ Dəyərlərimiz

“Azəristiliktəchizat” ASC özünün yeni korporativ dəyərlər modelini hazırlayıb. Korporativ dəyərlər modeli 6 prinsipdən ibarətdir:

Vətəndaş / müştəri yönümlülük
Bizim diqqət etdiyimiz məqam özümüz və ehtiyacımız üçün deyil, müştərilərimiz və onların ehtiyac duyduqlarıdır. Biz müştərilərimizin reallığını anlamaq və fəal olmaq üçün vaxt ayırırıq. Bu da öz növbəsində problemləri qabaqcadan görməyə habelə, fürsətləri aşkar etməyə kömək edir.
Komanda işi
Uğurlu olmaq təşkilatın bütün üzvlərini bağlayan qarşılıqlı əməkdaşlıq və ortaq məsuliyyətdən asılıdır. Möhkəm tərəfdaşlığımız fərdi nailiyyətləri təşkilati uğura çevirməyə imkan yaradır.
Nəticə yönümlülük
Fərdlərin özünəməxsus istedadları var. Biz bu bacarıqlardan istifadə edərək onlara maraqlı qabiliyyətlərini biruzə verərək istifadə etməyə imkan yaradırıq. Nəticədə özünə inamlı və bacarıqlı, həmçinin qərarlarının nəticələrinə görə cavabdehlik daşıyan əməkdaşlar yaranır.
Ədalətlilik və hörmət
Komanda üzvlərinə, həmyaşıdlara, rəhbərlərə, müştərilərə və tərəfdaşlara ədalətlə və qərəzsiz yanaşırıq. Biz başqalarının orijinallığını qiymətləndiririk və yeni ideyalara hörmət edirik. Ən əsası isə dürüst cavab verməkdən qürur duyuruq.
Yenilikçilik
Biz davamlı olaraq bizə nəzərəçarpacaq dərəcədə imkan verən məlumatlı, fürsətçi qərarlar qəbul edirik və məsuliyyətli şəkildə nəticələrimizi yaxşılaşdırırıq. Əməkdaşlarımıza təşəbbüs göstərmək üçün imkanlar yaradırıq və təşviq edirik.
İnnovativlik və öyrənməyə fokuslanma
Biz insanlarımızın biliklərinin inkişafına sərmayə qoyuruq. Biz başa düşürük ki, ən yaxşı ideyalar Cəmiyyətimizin daxilində hər hansı bir şəxsdən gələ bilər. Biz yeni ideyaların üzə çıxmasına imkan verən mühit yaradırıq.