“Azəristiliktəchizat” ASC-nin balansında 537 qazanxana, 88 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası fəaliyyət göstərir. Bundan əlavə Bakı şəhərində və regionlarda ümumilikdə 27 qazanxanaya müqavilə əsasında xidmət göstəririk.
İsti su və ya buxarın hazırlanmasında bilavasitə istifadə olunan qazan qurğularının və qazanxana avadanlıqlarının yerləşdiyi tikili qazanxana adlanır. Qazanxana avadanlıqları–qazan qurğuları, yandırıcı qurğular (odluqlar), tüstüsovuran və havavuranlar, su hazırlığı qurğuları, genişləndirici çənlər, qidalandırıcı qurğular (nasoslar), dövredici qurğular (şəbəkə və dövriyyə nasosları), elektrik avadanlıqları, nəzarət ölçü cihazları, istilik mübadilə aparatları, qoruyucu qurğular, havaburaxıcı qurğular, qaz təsərrüfatı avadanlıqları, bağlayıcı tənzimləyici armaturlar (qoruyucu və nəzarət edici), tüstü borusu, ehtiyat su çənləri, ekonomayzer, deaerator qurğusu, buxar qızdırıcısı və s. ibarətdir.
Əməkdaşlıq üçün xidmet@azeristilik.gov.az elektron ünvanına və ya 956 nömrəli “Çağrı mərkəzi”nə müraciət edərək mütəxəssislərimizi müzakirə və məsləhətləşmələrin aparılması üçün dəvət edə bilərsiniz.
Fərdi qazanxanası olan nazirlik, dövlət müəssisələri və özəl təşkilatların nəzərinə:
Cəmiyyətin uzun illər iş təcrübəsinə malik professional mütəxəssislərindən təşkil olunmuş xidmət sahələri tərəfindən qazanxanalar kompleks yoxlanılaraq, qazanların mexaniki və kimyəvi üsulllara təmizlənməsi, odluqların təmiri və nizamlanması, istilik şəbəkələrində siyirtmə və ventillərin təftiş olunaraq əsaslı və cari təmiri, magistral və məhəllədaxili istilik xətlərində axıntıların yerinin müəyyən edilərək təmiri, esenjorların və istilik mübadilə qurğularının (boylerlərin) mexaniki və kimyəvi üsullarla təmizlənməsi, kimyəvi su yumşaltma qurğularının işə hazırlanması, istilik xətləri yuyularaq hidravlik təzyiqlə yoxlanılması, çirktutanların təmizlənməsi, qazanxanaların qaz avadanlıqlarının təftiş olunması, qaz xətti və qaz kəsici klapanların, qaz tənzimləyicilərin yoxlanılaraq tənzimlənməsi həyata keçirilir ki, bütün bu tədbirlər istilik təchizatı obyektlərinin fasiləsiz iş rejiminin təmin olunmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verəcəkdir.
Bundan başqa binadaxili istilik sistemlərinin quraşdırılması, təmiri, mövcud sistemlərin təftişi, texnoloji ardıcıllığa əməl olunmasının yoxlanılması və mövcud vəziyyətdə qızdırılması mümkün olmayan sahələrin də isidilməsi üçün texniki həll yollarının məyyən edilərək problemlərin birdəfəlik aradan qaldırılması xidmətlərini təklif edirik.
Əməkdaşlıq üçün xidmet@azeristilik.gov.az elektron ünvanına və ya 956 nömrəli “Çağrı mərkəzi”nə müraciət edərək mütəxəssislərimizi müzakirə və məsləhətləşmələrin aparılması üçün dəvət edə bilərsiniz.