Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

İstilik

“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik və isti su təchizatını təmin etməkdən ibarətdir.

Cəmiyyətin balansında olan 564 qazanxana və 88 istilik məntəqəsi  istismar edilməklə  3871 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 287 məktəb, 162 uşaq bağçası, 152 səhiyyə müəssisəsi və 2230 digər sosial və təsərrüfat obyektləri fasiləsiz və etibarlı istiliklə təmin olunur.

İstilik təchizatı mənbələrinə qoşulmaq üçün bu linkə daxil ola bilərsiniz.