İT Mühəndis
19.07.2023
Namizədlərə tələblər aşağıdakı kimidir:
- Ali təhsil (ixtisas üzrə üstünlük verilən).
- Sahə üzrə iş stajı 1 ilə qədər.
- Şəbəkə, Sistem, Təhlükəsizlik avadanlıqları və bu avandalıqların əməliyat sistemləri üzrə anlayışlar və Beynəlxalq İT standartları üzrə biliklər.
- CCSP, CEH, ISO27001:2013, COBIT 5 biliklərini tətbiq etmə qabiliyyəti.
- Windows Server üzrə biliklər və iş təcrübəsi (server setup, deployment, maintenance)
- Active Directory üzrə bilikər və iş təcrübəsi
- Fiziki serverlərlə işləmə bacarığı (quraşdırılması, nəzarətdə saxlanılması və qorunması)
- Şəbəkə konseptləri üzrə biliklər və təcrübə (firewall, routing, switching)
- G-Suite idarəetməsi üzrə təcrübə
- Nəticə-yönümlülük, çeviklik, və problem həll etmə, ünsiyyətcil xarakterə sahib, Mühəndislik etikası çərçivəsində çalışma prinsiplərini tamamlayan və məsuliyyətli yanaşma sərgiləyən
- Daimi inkişaf, öyrənmə və öyrətməyə həvəsli.
Vəzifə öhdəlikləri:
- Şirkətin lokal şəbəkəsinin sxeminin hazırlanmasında iştirak edir.
- Lokal şəbəkənin seqmentləşdirilməsində iştirak edir və seqmentlərin təhlükəsizliyinə nəzarət edir.
- Perimetrdə və lokal şəbəkədə yerləşən qoruyucu firewall avadanlıqlarını konfiqurasiya edir və nəzarət edir.
- Firewall avadanlıqlarında icazələrin verilməsini təmin edir.
- Firewall və digər təhlükəsizlik avadanlıqlarının, eləcə də servislərin işlək olmasını təmin edir və loqlama mexanizmlərini konfiqurasiya edir.
- Kiritik informasiya sistemlərinin və avadanlıqların təhlükəsizlik tələblərinə uyğun sazlanmasını təmin edir.
- Web proqramların təhlükəsizliyini təmin edən nəzarət sistemini qurur və işinə nəzarət edir.
- Şirkətin kritik informasiya resurslarında olan dəyişikliklərin həyata keçirilməsində kibertəhlükəsizlik nəzarət mexanizmlərini sazlayır.
- Periodik olaraq daxili və xarici nüfuzetmə və boşluqların müəyyən edilməsi testlərini yerinə yetirir.
- İş fəaliyyətini İnformasiya təhlükəsizliyi və İT şöbələri ilə koordinasiya edir.
- Strateji təhlil, daxili audit, risk və informasiya təhlükəsizliyi yoxlamaları nəticəsində ortaya çıxmış kibertəhlükəsizlik üzrə boşluqları aradan qaldırır.
- Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
- Kibertəhlükəsizlik üzrə dövri status hesabatlar hazırlanmasında iştirak edir.
- Kompüter təhlükəsizliyi insidentlərinə cavab tədbirləri və informasiya təhlükəsizliyi ilə bağlı insidentlərin texniki araşdırmalarını nəzərdən keçirilməsi
- Şəbəkə performansının monitırinqi, test olunması və e=ortaya çıxan problemlərin həlli;
- Qısa və uzun-müddətli ehtiyac və tələblərin təyin və təmin edilməsi ilə bağlı daxili idarəetmə və müvafiq departament rəhbərləri ilə ortaq fəaliyyət göstərmə;
- İnfrastruktur layihələrində və təkmilləşdirmə işlərində hazırlıqların təşkili və istifadəçi testlərinin aparılması;
- Cari sistemlərin effektivliyini və keyfiyyətini analiz etmə, bu sistemlərin inkişafı və gələcək təkmilləşdirmələri üçün fəaliyyət planlarının hazırlanması və icrasına dəstək;
- Fiziki və virtual serverlərin (verilənlər bazası, e-mail, print və backup serverləri) və onların şirkətdaxili proqram təminatlarının inteqrasiyası və konfiqurasiyası;
- Şəbəkə və sistem administrasiyası, istifadəsi və xətaya dayanıqlılıq siyasətlərinin, prosedurlarının və müvafiq təlimlərinin tətbiqi və dəstəklənməsi;
- Şöbə işçilərinə verilən tapşırıqları yerinə yetirmək üçün işləri əlaqələndirir.
- Cəlb olunduğu layihələrdə şöbənin cavabdehlik daşıdığı məsələləri koordinasiya edir.
Maraqlananlar CV-lərini (azərbaycan və ya ingilis dilində) hr@azeristilik.gov.az elektron ünvanına göndərə bilərlər.
İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında