Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Tez-tez verilən suallar
İstilik haqlarının ödənilməsi üçün abonent kodunu necə öyrənmək olar?

Abonent kodlarının öyrənilməsi üçün 012-480-45-62, 012-371-48-13 nömrəli telefonlara, “Azəristiliktəchizat” ASC-ni 956 saylı “Qaynar xətti”nə, əraziyə xidmət göstərən İstilik Sistemləri İstismar Sahəsinin telefonlarına (bildiyiniz halda) zəng edərək və yaxud info-amx@azeristiliktechizat.az elektron ünvanına məktub göndərməklə dərhal əldə edə bilərsiniz.

İstilik haqlarının harada və necə ödəmək olar?

İstilik haqlarını istənilən bank və poçt şöbələrində və eyni zamanda plastik kart vasitəsi ilə internet üzərindən (apus.az, hesab.az, kassam.az saytları, eyni zamanda e-manat.az, easypay.az, millon.az saytları və aparatları vasitəsi ilə) ödəyə bilərsiniz.

Mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmədiyiniz halda abonentlərin siyahısında müvafiq qeydiyyat aparılması üçün nə etmək lazımdır?

Əgər yaşadığınız bina mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunmasına baxmayaraq, Sizin mənziliniz digər vasitələrlə (kombi və s.) qızdırılıdığı və mənzildə mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunmursa, bu zaman mənzildən keçən istilik xətləri – dik dayaqlar toxunulmaz qalmaq şərti ilə qızdırıcı cihazlar şəbəkədən ayrılmalı və “Azəristiliktəchizat” ASC-yə bu barədə müraciət etməlisiniz. “Azəristiliktəchizat” ASC-nin əməkdaşları tərəfindən Sizin iştirakınızla mənzilinizə baxış keçirilib bu barədə müvafiq akt tərtib edilərək Abonent və Müştəri Xidmətlərində mənzilinizdə mərkəzləşdirilmiş istilik sistemindən istifadə olunmaması ilə bağlı müvafiq qeydiyyat aparılacaqdır.

Texniki şərtlər hansı hallarda verilməlidir?

-Yeni tikilən obyektlərin istilik və istu su təchizatı üçün;

-İstehlakçıya məxsus istilik istehlakı qurğularının genişləndirilməsi və ya yenidən qurulması ilə əlaqədar istehlak edilən istilik gücünün dəyişməsi (və ya istilik daşıyıcılarının parametrlərinin dəyişməsi) nəticəsində mövcud texniki şərtin tələblərindən kənara çıxma olduqda;

-İstilik mənbələrinə əvvəllər qoşulmamış obyektlərin qoşulması və xarici istilik və isti su təchizatı sxeminin dəyişməsi ilə əlaqədar;

-Mövcud torpaq sahəsinin ərazisindən istilik şəbəkələrinin çıxarılması ilə əlaqədar (mövcud torpaq sahəsinin ərazisindən istilik şəbəkələrinin çıxarılması üçün verilən texniki şərt istilik və isti su təchizatı xidmətlərinin göstərilməsi üçün texniki şərtin verilməsinə əsas vermir);

-İstilik şəbəkələrinin yenidən qurulması.

Hansı hallarda Texniki şərtlərin verilməsindən imtina edilir?

Nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda);

Təqdim edilən sənədlərdə qeyri-dürüst məlumatlar olduqda;

İstilik və isti su təchizatı xidmətlərinin göstərilməsi nəzərdə tutulan obyektin yerləşdiyi əraziyə yaxın ərazidə istilik mənbəyi və ya mövcud istilik mənbəyində tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd və hesabatlar təqdim edilməklə).

“Azəristiliktəchizat” ASC-nin məsuliyyət zonasına nələr daxildir?

Qeyd etmək istərdik ki, “Azəristiliktəchizat” ASC-nin məsuliyyət zonasına balansında olan qazanxanalar, magistral və məhəllədaxili istilik xətləri daxildir. Yaşayış binalarının istilik təchizatı, çoxmənzilli yaşayış binalarında və həmin binalardakı mənzillərdə istilik sistemlərinin təmiri, bərpası qaydaları bir sıra normativ hüquqi aktlarla tənzimlənir. “Azəristiliktəchizat” ASC binadaxilinə qədər nəzərdə tutulan infrastruktur və obyektlərə cavabdehlik daşıyır. 2009-cu ildə qəbul edilmiş və qüvvədə olan Mənzil Məcəlləsinin 29-cu maddəsinə əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və bərpası mənzil mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Buna baxmayaraq Azəristiliktəchizat, heç bir əlavə dövlət maliyyəsi almadan, korporativ sosial məsuliyyət proqramı çərçivəsində bir sıra binaların daxili istilik sistemlərini və infrastrukturunu öz vəsaiti hesabına bərpa etmiş və ya yeniləmişdir.

Mənzil daxilində bəzi otaqların istiliklə təminatı qənaətbəxş deyil. Bunun əsas səbəbi nədir?

Əgər mənzilin hər hansı bir otağı lazımı qədər istilik ala bilirsə, bu o deməkdir ki, qazanxananın fəaliyyəti qənaətbəxşdir və binaya qədər istiliyin verilməsində heç bir problem yoxdur. Bəzi hallarda, bu nasazlıq iki səbəbdən qaynaqlanır. İlkin səbəb binadaxili, ikinci isə mənzildaxili istilik xətlərində vəziyyətdən qaynaqlanır.

Binada mənzillərin böyük qisminin istilik təchizatı normal səviyyədədir. Lakin mənim mənzilim istilik almır. Bu problemin həllinə necə kömək edə bilərsiz?

Problem birmənalı şəkildə mənzildaxili istilik xətləri ilə bağlıdır. Mənzildaxili istilik xətlərində yaranan problemin aradan qaldırılması isə mənzil sahibinin vəzifəsinə aiddir. Lakin "Azəristiliktəchizat" ASC korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində mənzil sahibinin müraciəti əsasında vətəndaşlara müvafiq köməkliyi göstərə bilər.

“Azəristiliktəchizat” ASC –yə necə müraciət edə bilərəm?

Hörmətli abonent,  24 saat fasiləsiz xidmət göstərən 956 qısa nömrəli  “Çağrı Mərkəzi ” ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Sosial şəbəkə hesablarımıza (facebook, instagram, twitter və linkedin)  və  info@azeristilik.gov.az elektron ünvanına şikayət və təkliflərinizi ünvanlaya bilərsiniz.

Yeni tikilən binaların istiliklə təminatı mümkündürmü?

“Azəristiliktəchizat” ASC-nin balansında 3781 yaşayış binası var. Onlardan bir neçəsi də MTK-lara məxsusdur. Yəni, təcrübəmizdə belə hallar qeydə alınıb. Həmin yeni tikililərin məxsus olduğu MTK-lar bununla bağlı quruma texniki şərt almaq üçün müvafiq müraciət etməlidir. Əgər yaxınlıqda istilik mənbəyi,  yəni qazanxana varsa və həmin binanın istiliklə təminatı digər mənzillərin istilik təminatında keyfiyyətə mənfi təsir etməyəcəksə, müraciətə müsbət cavab verilə bilər.

Mənzillərə ötürülən istiliyin tempuraturu necə tənzimlənir? Qeyri-sabit havada istilik daha da artırılırmı?

Payız-qış mövsümü ərzində qazanxanalarımız xüsusi müəyyən olunmuş qrafiklə fəaliyyət göstərir. Burada xarici hava temperaturu nəzərə alınmaqla verilən istiliyin həcmi də dəyişdirilir. Qış aylarında ötürülən istiliyin miqdarı artırılır, havalar nisbətən isindikcə isə istilik verilməsi də müvafiq qrafiklə azaldılır.