Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Təlim və tədris

Fərdi qazanxanaları olan, dövlət və özəl təşkilatlar, həmçinin fiziki və hüquqi şəxslər qazanxanaların Əməyin mühafizəsi, Təhlükəsizlik Texnikası, Yanğın Təhlükəsizliyi və Texniki İstismar Qaydalarının tələblərinə uyğun istismar edilməsi üçün işin bütün sirrlərini bilən professional qazanxana əməliyyatçısı (operator və ya ocaqçı)  hazırlanması məqsədilə əməkdaşlarını “Azəristiliktəchizat” ASC–nin tərkibində yaradılan İxtisasartırma və Kadrların Yenidən Hazırlanması Tədris Mərkəzi təlimə göndərməyə dəvət edirik.

Qeyd edək ki, Azərbaycan Respublikasında istilik təchizatı sahəsində Dövlət Proqramının yerinə yetirilməsi, istilik təchizatı sisteminin inkişafı, istismar səviyyəsinin yüksəldilməsi məqsədilə yüksək dərərcəli mütəxəssislər tələb olunur. “Azəristiliktəchizat” ASC–nin tərkibində 2006-cı ilin 1 fevral tarixində yaradılan İxtisasartırma və Kadrların Yenidən Hazırlanması Tədris Mərkəzi bu baxından Cəmiyyətin peşəkar və ixtisaslı kadrlarının təmin edilməsi üçün mühüm əhəmiyyətə malikdir.

Tədris mərkəzinin fəaliyyət istiqaməti kadr hazırlığı ilə yanaşı təkrar kadr hazırlığı, habelə yeni peşələrə yiyələnmə və ixtisasların artırılmasından ibarətdir. Peşəkar müəllim heyəti əməyin mühafizəsi və texniki istismar, yanğın təhlükəsizliyi, qəza əleyhinə məşqlər, təhlükəsizlik texnikası üzrə müxtəlif təlimlərin keçirilməsini həyata keçirirlər.

Təlimlərdə iştirak edənlər müasir tipli qazanxanaların quraşdırılıb istismara verilməsi,innovativ materiallar və avadanlıqlardan istifadə edilməsi, eyni zamanda yeni yaradılmış istilik texnologiyasi sisteminin istismarı üzrə bilik və bacarıqlarını artırırlar.

Bunlarla yanaşı, istilik enerjisi təchizatı mənbələrinin istismarı yüksək potensiallı təhlükəli obyektlərə aid olduğundan mərkəzin iş prinsipinə onlara texniki xidmət göstərən personalın tədrisə cəlb edilməsi daim ixtisaslarının artırılması da daxildir.

Tədris mərkəzinin təlimlərini uğurla başa vurmuş işçi heyəti müxtəlif vəzifələrə təyin edilməsi üçün təkliflər təqdim olunur.

Tədris mərkəzi mütəmadi olaraq payız-qış mövsümündə 1200  nəfəri yaxın qazanxana əməliiyatçısı təlimlərə cəlb edilir.

16 il ərzində mərkəz bir sıra nüfuzlu ali təhsil mərkəzləri ilə əməkdaşlıq edib. Qardaş ölkə Türkiyənin  “Gedik Egitim” vakfında istehsalat təcrübəsi keçən 9 elektirik qaz qaynaqçısına beynəlxalq dərəcəli sertifikatlar verilib. Azərbaycan Memarlıq İnşaat universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Texniki Universitet və digər təhsil müəssələrinin tələbələri praktik təcrübələrini tədris mərkəzində təşkil olunur.

Əməkdaşlıq üçün xidmetler@azeristilik.gov.az elektron ünvanına və ya 956 “Çağrı mərkəzi”nə müraciət edərək əlavə məlumat əldə edə bilərsiniz.