Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qazanxanaların istismarı xidməti

          Vətəndaşların, fərdi qazanxanası olan nazirlik, dövlət müəssisələri və özəl təşkilatların nəzərinə:

  • Balansınızda olan qazanxanalara  Əməyin mühafizəsi, Təhlükəsizlik Texnikası, Yanğın Təhlükəsizliyi və Texniki İstismar qaydalarının tələbləri nəzərə alınmaqla  “Azəristiliktəchizat” ASC-nin  "Tədris Mərkəzi"ndə xüsusi təlim kursları keçmiş operatorlar vasitəsi ilə istismar xidmətlərimizi təklif edirik.
  • Eyni zamanda şirkətin yüksək ixtisaslı mütəxəssislərindən ibarət xidmət sahələri il ərzində qazanxanalardakı bütün qazan, odluq, nasos, mühərrik, nəzarət ölçü cihazları, qaz avadanlıqları, elektrik avadanlıqları, istilik mübadilə aparatları və digər qurğuları müntəzəm olaraq təftiş edərək quraşdırılmış avadanlıqların texniki xarakteristikalarına uyğun istismarı ilə bağlı zəruri olan texniki qulluq, cari təmir, sazlama işlərini, həmçinin  istismar zamanı problemlərin yaranmaması üçün qabaqlayıcı zəruri servisi həyata keçirərək  avadanlıqlarının istismar müddətinin artırılmasına və istehsal prosesinin təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaqdır. Təcrübəli əməliyyatçılarımız istismar zamanı bütün texnoloji prosesləri daim nəzarətdə saxlayaraq, profilaktik cari təmir və texniki xidmət işlərini yerinə yetirəcək, Tikinti Norma və Qaydaları, Təhlükəsizlik Texnikası Qaydaları və Yanğın Təhlükəsizliyi Qaydalarının tələbləri nəzərə alınmaqla qazanxanaların fasiləsiz iş rejimini təmin edəcəklər.
  • Bildiririk ki, hazırda “Azəristiliktəchizat” ASC tərəfindən müqavilə əsasında müxtəlif nazirlik, dövlət qurumları və səhiyyə müəssisələrinə məxsus 28 qazanxanaya uzun illərdir ki, uğurla xidmət göstərilir və əməkdaşlıqdan bütün müştərilərimiz məmnundur.

     Əməkdaşlıq üçün xidmet@azeristilik.gov.az elektron ünvanına və ya 956 nömrəli “Çağrı mərkəzi”nə müraciət edərək  mütəxəssislərimizi müzakirə və məsləhətləşmələrin  aparılması üçün dəvət edə bilərsiniz.