Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Əməkdaşların sağlamlığı

"Azəristiliktəchizat" ASC-nin strukturuna daxil olan Əməyin Mühafizəsi Texniki Təhlükəsizlik və İstismarın Təşkili (ƏMTT və İT) şöbəsinin əməkdaşları tərəfindən işçilər peşə və şəxsi gigiyena üzrə müvafiq qaydada təlimatlandırılırlar. Həmçinin işçilərə peşə fəaliyyətinə uyğun olaraq təlimatlar verilərək onlar təlimatlandırıldıqdan sonra işə buraxılırlar. ASC-də bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə risklərin müəyyən olunması, qiymətləndirilməsi və minumuma endirilməsi üçün metodologiya və digər texniki-normativ sənədlər hazırlanaraq tətbiq edilir.

Peşə sağlamlığı və əməyin təhlükəsizliyinə dair risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və baş verə biləcək qəza hallarının qarşısının vaxtında alınması üçün zəruri  tədbirlərin icrası prosesi davam etdirilməkdədir.

ASC-də icra edilən təmir-bərpa işləri zamanı insan resursu ən önəmli faktor olaraq qəbul edilir və əməkdaşların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər görülür.