Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Texniki təhlükəsizlik

"Azəristiliktəchizat" ASC texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində Azərbaycan Respublikasının "Əməyin Mühafizəsi haqqında Qanun”unun, "Əmək Məcəlləsinin", "Texniki Təhlüksizlik Qaydaları"nın, "Texniki İstismar Qaydaları"nın, "Yanğından Mühafizə Qaydalar"nın, "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsinda payız-qış mövsümünə hazırlıq işlərinin aparılması" Qaydalarının tələblərini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, əməyin mühafizəsi, yanğından mühafizə və təhlükəsizlik texnikası üzrə normativ sənədləri, dövlət nəzarət orqanlarının qərarlarını rəhbər tutur. Həmçinin şirkət daxilində rəhbərliyin əmr və göstərişləri, müvafiq şöbələrin əsasnamələri də bu sahə üzrə əsas götürülür.

Abonentlərin dayanıqlı istiliklə təchizatı üçün reallaşdırılan layihələr və aparılan islahatlar çərçivəsində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması təmin olunur. Bu məqsədlə qanunvericiliyin tələblərinə müvafiq olaraq işçilərin sağlamlığının qorunması üçün əməyin mühafizəsi və texniki təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi, istehsalat xəsarəti və peşə xəstəliklərinin profilaktik metodlarının və ekoloji pozuntuların qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi prosesi davam etdirilməkdədir.

"Azəristiliktəchizat" ASC-nin strukturuna daxil olan Əməyin Mühafizəsi Texniki Təhlükəsizlik və İstismarın Təşkili (ƏMTT və İT) şöbəsi yaradılmış, şöbə əməyin mühafizəsi üzrə müvafiq təlimatlarla və təlimat jurnalları ilə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə aidiyyatı təmir sahəsinə aid plakatlarla,əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat kitabçaları ilə təmin olunmuşdur. Əməyin Mühafizəsi Texniki Təhlükəsizlik və İstismarın Təşkili şöbəsinin əməkdaşları tərəfindən həmçinin aidiyyatı xidmət və istismar sahələrinin mühəndisləri tərəfindən işçilər vəzifə təlimatlarına uyğun olaraq müvafiq qaydada təlimatlandırılırlar.