Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Keyfiyyətin idarə olunması

“Azəristiliktəchizat” ASC-də keyfiyyətin idarə olunması istehlakçıların istilik və isti su təchizatı xidmətlərindən istifadəsinin yaxşılaşdırılması, bu sahədə yeni texnologiyaların tətbiqi, istilik enerjisinin keyfiyyətinin qəbul olunmuş standartlar səviyyəsində təmin olunması və keyfiyyət göstəricilərinin yüksəldilməsi ilə əlaqadar görülən tədbirləri əhatə edir.

Burada ilk növbədə cəmiyyətin təsərrüfat fəaliyyəti ilə bağlı baş verən bütün hadisələrə çevik reaksiyanın verilməsi, “Çağrı mərkəzinə” daxil olan vətəndaş müraciəti ilə əlaqdar yerində araşdırmaların aparılması, operativ və interaktiv iş prinsipinə uyğun olaraq daim yenilənən rəsmi internet səhifəsinə, Facebook, twitter, youtube platformalarına, eləcə də digər sosial şəbəkələr üzərindən şikayət və təkliflərin qəbul edilib aidiyyəti üzrə yönləndirilməsi və cavablandırılması, son nəticədə isə daxil olan müraciətlərin təhlil edilərək zəif nöqtələrin müəyyələşdirilməsi, həmin ərazidə fasiləsiz və keyfiyyətli istilik təchizatı xidmətlərinin təmin olunması məqsədi ilə zəruri işlərin növbəti Tədbirlər Planına daxil edilməsi və işlərin gedişinə nəzarətin həyata keçirilməsi əsas prioritet təşkil edir.