Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Layihələndirmə

“Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılan layihələndirmə xidməti 2006-cı ildən fəaliyyətə başlamışdır. Bu günədək çevik, bacarıqlı və peşəkar mütəxəssislərindən ibarət komandamız 500-ə yaxın müxtəlif tip uğurlu layihələr həyata keçirmişdir.

Qeyd etmək lazımdır ki, qazanxanaların tikinti-quraşdırma işlərini həyata keçirmək üçün layihələndirmə mərhələsi vacib amil hesab olunur.  Eyni zamanda, layihələndirmə mərhələsində enerji səmərəliliyin təmin olunması üçün müasir tələblərə cavab verən avadanlıqlardan istifadə olunması əsas şərtdir. Bu məqsədlə Layihə konsepsiyası  hazırlanarkən, sifarişçinin tapşırıqları, tikinti normaları, həmçinin obyektin təyinatı da əsas götürülməklə, bütün istək və tələbləriniz nəzərə alınır. Nəticədə, müvafiq işçi layihə sənədləri hazırlanır və bu sənədlər əsasında tikinti prosesi həyata keçirilr. Onu da qeyd edək ki, layihələndirmə əsasında həyata keçirilən işlər, görülən işlərin gələcəkdə istifadəsi zamanı problem və uyğunsuzluqlarla qarşılaşmamağa zəmanət verir.

Beləliklə, bizim mütəxəssislərin göstərdikləri tikinti, dizayn və layihələndirmə xidmətləri evinizi və ya iş yerinizi rahat, müasir və unikal etməyə kömək edəcəkdir.

“Azəristiliktəchizat” ASC aşağdakı bölmələr üzrə layihələndirmə xidmətlərini təklif edir:

  • Bina və qurğuların memarlıq layihələndirilməsi
  • İnşaat konstruksiyalarının layihələndirilməsi
  • Tikintinin təşkilinin layihələndirilməsi
  • Elektrik təchizatı sistemlərinin layihələndirilməsi
  • Su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi
  • İstilik və qaz təchizatı, soyuqluq təchizatı, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi
  • Rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi
  • Nəzarət-ölçü cihazları, yanğın-mühafizə siqnalizasiya və avtomatik yanğınsöndürmə sistemlərinin layihələndirilməsi
  • Smetaların tərtib edilməsi
  • Mühəndis sistemlərinin müayinəsi
  • Layihələrin dövlət təşkilatları ilə razılaşdırma üzrə xidmət

Əməkdaşlıq üçün layihe@azeristilik.gov.az elektron ünvanına müraciət edərək və ya (012) 480-07-86 telefon nömrəsi ilə əlaqə saxlayaraq, əlavə məlumat əldə edə bilərsiniz.