Perspektiv İnkişaf
Azəristiliktəchizat ASC-də islahatlara Azərbaycan Respublikasının Prezidentinin 29 Aprel 2022-ci il tarixli sərəncamı ilə başlanılıb. Sərəncamla istilik təchizatı sektoru üçün aşağıdakı inkişaf istiqaməti və perspektivləri müəyyən edilib:
- İstilik təchizatı sektoru üzrə istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, habelə səmərəliliyin artırılması, bərpa olunan enerji mənbələrindən bu məqsədlə istifadə olunması, xidmət səviyyəsinin yüksəldilməsi;
- Əlavə olaraq, istilik təchizatı sahəsinə ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması, istehlakçıların istilik təchizatına olan tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi;
- “Azəristiliktəchizat” ASC-nin fəaliyətinin müasirləşdirilməsi üzrə
- qurumun fəaliyyətinin gücləndirilməsi və səmərəliliyin artırılması,
- gəlir və xərclərinin optimallaşdırılması,
- istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması,
- istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;
- İstilik təchizatı sektoru üzrə normativ – hüquqi bazanın təkmilləşdirilməsi - enerji resurslarından səmərəli istifadə edilməsi və tikinti obyektlərində optimal istilik təchizatı sistemlərinin tətbiqi məqsədilə isti su və istilik təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların hazırlanması və ya təkmilləşdirilməsi;
- “İstilik təchizatı haqqında” qanunun hazırlanması;
- Bu istiqamətlər əsasında Azəristiliktəchizat və istilik enerji sektorunun uzun müddətli inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur.
İslahatlar üzrə proqrama əsasən “Azəristiliktəchizat” ASC-nin müasirləşdirilməsi, səmərəliliyinin artırılması və gücləndirilməsi istiqamətində bir sıra layihələr hazırlanıb və icrasına başlanılıb.
- “Azəristiliktəchizat” ASC-nin korporativ strategiyasının hazırlanması davam edir.
- İsti su xidməti üzrə tam sayğaclaşdırma, istilik xidməti üzrə qismən pilot sayğaclaşdırma işinə start verilib.
- Rəqəmsallaşma və müasir rəqəmsal sistemlərin yaradılması, həmçinin Elektron Sənəd Dövriyyəsi sistemi qurulub. (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq formatında).
- Maliyyə, satınalmalar, insan resursları, abonent və müştəri xidmətləri, Çağrı Mərkəzi kimi vacib funksiyaların rəqəmsallaşdırmasına başlanılıb.
- Cəmiyyətin kommersiya fəaliyətinin genişləndirilməsi üçün yeni xidmət sahələrinin yaradılması üzərində işlərə start verilib.
- Yeni strateji və əməliyyat idarəetmə sistemlərinin qurulmasına başlanılıb, korporativ büdcə və hesabatlılıq sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur.
- Qazanxanalarda müasir sensorlar quraşdırılmaqla iş prosesinin real vaxt rejimində izlənilməsi sisteminin tam yekunlaşdırılması nəzərdə tutulur.
- İdarəetmənin çevikliyinin artırılması üçün müasir uçot və hesabatlılıq sistemləri qurulur. Bu istiqamətdə qabaqcıl beynəxalq şirkətlərlə əməkdaşlıq imkanları ciddi nəzərdən keçirilir.
- Çevik və effektiv ictimaiyyətlə əlaqələr və kommunikasiya işi qurulub, müvafiq sistem və korporativ bacarıqlar yaradılıb.
- İT infrastrukturunun təkmilləşdirilməsi üçün daxili şəbəkə sistemi yaradılıb.
- İşəgötürmə və tender proseslərinin şəffaflığı təmin edilib.
- Çağrı Mərkəzinin texnoloji olaraq müasirləşdirilməsi təmin edilib, analoq sistemdən rəqəmsal sistemə keçid edilib, zənglərdə növbəlilik sistemi təmin edilib.
- Bir sıra vacib funksiyalar üzrə prosedur və qaydaların hazırlanması, biznes proseslərin (makro) xəritələnməsi, optimallaşdırılması, prosedur və qaydaların hazırlanmasına başlanılıb.
- Cəmiyyətin istilik təchizat xidmətinin dəqiq miqyasının müəyyən etmək üçün abonentlərin və yaşayış sahəsinin uçotunun inventarizasiyası layihəsinə Dekabr 2022-ci il tarixində başlanılıb. Hazırda ölkə üzrə abonentlərin uçotunun inventarizasiyası 15 Aprel 2023-cü il tarixinə 57 faiz yekunlaşmışdır.