Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Daxili Auditor
08.09.2023
Namizədlərə tələblər aşağıdakı kimidir:

Mühasibat, Maliyyə və audit və ya digər əlaqəli sahə üzrə tamamlanmış bakalavr təhsili
• Azərbaycan Respublikasının mühasibat və maliyyə sahəsində qanunvericilik və qüvvədə olan standartlar üzrə biliklər
• Azərbaycan və ingilis dilləri
• Sertifikatlaşdırılmış Daxili Auditor (CIA) tipli sertifikatlaşdırma üstünlük hesab olunur
• Maliyyə auditi sahəsində fəaliyyət təcrübəsi

Vəzifənin qısa təsviri

"Azəristiliktəchizat" ASC-nin Daxili nəzarət şöbəsinin daxili auditorunun əsas vəzifələri maliyyə prosedurlarının uyğunluğuna nəzarəti təmin etmək, audit, monitorinq və araşdırmalar aparmaq, maliyyə və digər sənədləri təftiş etmə və şirkətdə ümumi effektivliyin yüksəldilməsinək töhfə verməkdən ibarətdir. Siz əsasən aktivlərin müəyyənləşdirilməsi və bərpası, hüquqi mühasibat hesabatlarının hazırlanması və təftişi sahələrində ümumi fəaliyyətimizə dəstək verəcəksiniz.

 

Vəzifə öhdəlikləri:

Mütəmadi daxili auditlərin keçirilməsi
• Yerli və beynəlxalq standartlara uyğunluğun təmin olunması
• Vəsaitləri izləmək və bərpa olunacaq aktivləri müəyyənləşdirmək üçün hüquqi
araşdırmaların aparılması
• Maliyyə məlumatlarının interpretasiyası və təftiş hesabatlarının hazırlanması
• Risklərin qiymətləndirilməsi
• Audit hesabatlarının hazırlanması
• Səmərəliləşdirici təkliflərin hazırlanması 

 

İş mühiti

Gündəlik işlər əsasən "Azəristiliktəchizat" ASC-nin ofis mühitində həyata keçirilir. Rəqabətli əmək haqqı təklif olunur. İstehsalat sahələrində yoxlama, monitorinq, görüş, sahə auditi və araşdırmaların aparılması üçün istehsal sahələrinə mütəmadi ezamiyyət və səfərlər tələb oluna bilər. 

İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında