Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Ətraf mühitin qorunması

İstehsalatda zərərli faktorların azaldılması və ətraf mühitə mənfi təsirlərin minimallaşdırılmasını təmin edən səmərəli tədbirlər həyata keçirilir. Bununla bağlı müasir tələblərə cavab verən texniki-normativ bazanın yaradılması və təkmilləşdirilməsi aktual olmuşdur.

Məqsədimiz “Azəristiliktəchizat” ASC-də  aparılan bütün əməliyyatların bədbəxt hadisələrə, peşə xəstəliklərinə, qəza hallarına yol vermədən, ətraf mühitə ziyan vurmadan həyata keçirməklə, əməliyyatlarda idarəetmə fəaliyyətinin qabaqcıl standartların tələblərinə uyğunlaşdırılması, aparılan əməliyyatların aidiyyatı xidmət və istismar sahələri ilə koordinasiya olunaraq əlaqələndirilməsi ilə dəyər zəncirinin təkmilləşdirilməsidir.

İşçilərin sağlamlığının qorunması, əməyin mühafizəsi və texniki  təhlükəsizlik və ətraf mühitin mühafizəsi (SƏTƏM) sahəsi “Azəristiliktəchizat” ASC-nin prioritet istiqamətlərindəndir.  Son illər müəssisəmizdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəzi üzrə, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində genişmiqyaslı işlər görülüb və zəruri tədbirlər həyata keçirilir.

Bunun üçün qabaqcıl ölkələrin istehsalı olan ən müasir avadanlıqların quraşdırılması və onların istismarı təmin edilmişdir və bu sahə üzrə işlər davam etdirilir.