"Azəristiliktəchizat" ASC-nin fəaliyyətinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində atılan addımlardan biri də sayğaclaşmadır. "Azəristiliktəchizat" ASC-nin sayğaclaşdırma layihəsi pilot layihə olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulub. Qeyri-əhali istehlakçıları üçün 50-ə yaxın sayğacın quraşdırılması planlaşdırılır.
Pilot layihənin əsas məqsədi "Azəristiliktəchizat"ın fəaliyyətinin səmərəlliyini artırmaq, istilik xidmətinin keyfiyyətini artırmaq, xidmətin göstərilməsi üçün tələb olunan resursların daha effektiv planlaşdırmaqdır.
Bundan başqa, isti su təchizatı sistemində bütün istehlakçıların sayğaclaşdırılması məqsədi ilə yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq müqavilə imzalanıb və 3500-ə yaxın isti su sayğacının alınaraq quraşdırılması işlərin başlanmışdır.