Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Satınalma üzrə mütəxəssis
31.08.2024
Namizədlərə tələblər aşağıdakı kimidir:
  • Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır);
  • Dövlət satınalmaları üzrə azı 1,5-2 il iş təcrübəsi ;
  • Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti;

Üstünlüklər

  • İstehsalat sahələri üzrə satınalmalarda təcrübə;
  • Rus və ya ingilis dilinin bilməsi;
Vəzifə öhdəlikləri:
  • İllik satınalma planının hazırlanmasında iştirak;
  • Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
  • Satınalmaların keçirilməsi üçün ilkin hazırlıqların aparılması və qanunla müəyyən edilmiş prosedurların icrası;
  • Bazar araşdırmalarının aparılması,  istehsalat xidmətləri tərəfindən sifaris edilən material, avadanlıq və  xidmətlərin ehtimal qiymətlərinin formalaşdırılması ilə bağlı təhlillərin aparılması;
  • Ehtimal qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və qanunla müəyyən edilmiş qaydada ehtimal qiymətlərinin müəyyənləşdirilməsi;
  • Səlahiyyətləri daxilində təchizatçılarla yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Potensial təchizatçılar, tələb və təklif, həmçinin mövcud qiymətlərin təhlili və  məlumat bazasının yaradılması, potensial təchizatçılar haqqında  müxtəlif mənbələr üzrə qiymətləndirmələrə dair təkliflərin hazırlanması;
  • İstehalat proqramlarına uyğun olaraq tələbatlarla bağlı proqnozlaşdırmaların aparılması və ehtiyacların müəyyən olunması proseslərində iştirak və təkliflər vermək;
  • Səlahiyyətləri daxilində müəyyən edilmiş hesabat və təhlillərin hazırlanması və təqdim edilməsi.

Maraqlananlar CV-lərini (azərbaycan və ya ingilis dilində) hr@azeristilik.gov.az elektron ünvanına göndərə bilərlər.

İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında