Mühəndis
31.08.2024
Namizədlərə tələblər aşağıdakı kimidir:
- Texniki ixtisaslar üzrə bakalavr təhsilinin olması (İstilik energetika mühəndisliyi arzuolunandır);
- Sahə üzrə iş təcrübəsi arzuolunandır;
- İstilik şəbəkələri və istilik təchizatı sistemləri haqqında biliklərin olması;
- MS ofis proqramları (MS Word, MS Excel, MS PowerPoint və s.) və AutoCAD ilə sərbəst işləmə bacarığı;
- Azərbaycan dili mütləqdir, ingilis dilini yaxşı səviyyədə bilməsi arzuolunandır;
- Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
- Qaz, su və elektrik enerjisi sərfiyyatının ilkin uçotunun aparılması, enerji və iqtisadi səmərəliliyin analizi;
- İstilik enerjisinin istehsalı üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması, müvafiq data təhlilinin aparılması;
- Avadanlıqların təmiri üçün təkliflərin işlənilməsi, əməliyyat planlarının hazırlanması;
- Başa çatan layihələrə texniki nəzarət və istismara qəbulun təşkil edilməsi;
- Bütün işlərin sağlamlıq, təhlükəsizlik və ətraf mühitin standartlarına uyğun olaraq aparılması;
- İstilik sisteminin perspektivli inkişafı üçün təkliflərin işlənib hazırlanması;
- İstilik enerjisi sistemlərinin texnologiyaları və cari sənaye trendləri ilə bağlı biliklərin mütəmadi yenilənməsi.
Maraqlananlar CV-lərini (azərbaycan və ya ingilis dilində) hr@azeristilik.gov.az elektron ünvanına göndərə bilərlər.
İş qrafiki
İş vaxtı: Bazar ertəsi-Cümə, 08:30-17:30
Əmək haqqı
Ə/H-Razılaşma əsasında