Qazanxanaların payız-qış mövsümünə hazırlıq işləri davam etdirilməkdədir
18 MAY 2026






“Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarında payız-qış mövsümünə hazırlıq çərçivəsində qazanxanalara texniki baxış işləri davam etdirilir.
Qazanxanaların qış mövsümündə təhlükəsiz və etibarlı fəaliyyətinin təmin edilməsi, qəza risklərinin minimuma endirilməsi, ümumilikdə istehlakçıların fasiləsiz istiliklə təmin olunması üçün zəruri tədbirlərin görülməsi qarşıya qoyulan əsas vəzifədir.
Növbəti texniki baxış “Azəristiliktəchizat” ASC-nin sədrinin iştirakı ilə Nizami rayonu ərazisində 537 saylı qazanxanada keçirilmişdir. Qazanxananın qoyuluş gücü 6,0 Qkal saat olmaqla 20-ə yaxın yaşayış binası, 2 məktəb və 10 digər təsərrüfat obyektlərinin istilik təchizatı təmin edilir.
Digər








