Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qusar rayonunda Quba və Qusar sakinləri üçün vətəndaş qəbulu keçirilib
01 IYUN 2026

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2026-cı ilin may ayı üzrə qəbul cədvəlinə müvafiq olaraq “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Qusar rayonunda Quba və Qusar sakinlərini qəbul edib.

Qəbuldan əvvəl “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev və Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov  Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin abidə önünə gül dəstəsi düzərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Rayonun  Heydər Əliyev mərkəzində keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Qəbuldan sonra "Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev Qusar rayonunda payız-qış mövsümü ərzində istismar olunan qazanxanaların fəaliyyəti ilə tanış olub, mövcud problemlərin həll edilməsi istiqamətində tapşırıqlarını bildirib.