“Azəristiliktəchizat” ASC-də NIRAS şirkətinin mərkəzləşdirilmiş istilik təchizatı üzrə mütəxəssisləri ilə görüş keçirilib
14 MAY 2026




“Azəristiliktəchizat” ASC-də Asiya İnkişaf Bankı tərəfindən dəstəklənən “Azərbaycanda istilik sektorunun dekarbonizasiyası və bərpa olunan istilik mənbələrinin inteqrasiyası” üzrə Texniki Yardım layihəsi çərçivəsində layihənin qrup rəhbəri Ole Johansen və məsləhətçi NIRAS şirkətinin mərkəzləşdirilmiş istilik təchizatı üzrə mütəxəssisi Zoran Bozanic ilə görüş keçirilib. Görüşdə prioritet texniki tədbirlər, tullantı istiliyindən istifadə imkanları, kogenerasiya ilə bağlı həllər və potensial pilot layihələr haqqında müzakirələr aparılmışdır.
Digər








