Mühasib
30.05.2024
Namizədlərə tələblər aşağıdakı kimidir:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi;
- Vergi Məcəlləsi üzrə biliklər
- 1C proqramında işləmək bacarığı;
- MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
- Azərbaycan dili mütləqdir, ingilis və rus dilini yaxşı səviyyədə bilməsi arzuolunandır;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı;
İş mühiti
- Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən “Azəristiliktəchizat” ASC-nin ofis mühitində icra olunur.
Vəzifə öhdəlikləri:
- Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- 1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti;
- Mal-materialların qəbulu, silinməsinin tam uçotu;
- Hesab və elektron qaimə-fakturalarının yoxlanılması;
- Debitor və kreditorlarla üzləşmələrin aparılması;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin etmək;
- Kassa və Bank əməliyyatlarının icrasınin təşkil edilməsi, uçotunun aparılması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
- Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi;
Maraqlananlar CV-lərini (azərbaycan və ya ingilis dilində) hr@azeristilik.gov.az elektron ünvanına göndərə bilərlər.
İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında