Satış üzrə texnik
30.09.2024
Namizədlərə tələblər aşağıdakı kimidir:
- Ali və ya orta ixtisas təhsilli olmalıdır;
- Qeyd olunan sahədə iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilini səlis bilməlidir;
- Komandada işləməyi bacarmalıdır;
- İşində məsuliyyətli və ciddi olmalıdır;
Vəzifə öhdəlikləri:
- İstilik və isti su təchizatına dair müqavilələrin bağlanması;
- İstilik haqqının ödənilməsi üçün tələb olunan bildirişlərin vaxtında paylanması;
- Verilmiş istilik enerjisinin haqqının ödənilməsi üçün tələb olunan sənədlərin istehlakçılara çatdırılması;
- Borcu olan istehlakçılara ödənişlərin edilməsi üçün xəbərdarlıqların olunması və lazımi tədbirlərin görülməsi;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 30.09.2024-cü il tarixinə kimi hr@azeristilik.gov.az email ünvanına göndərə bilərlər.
İş qrafiki
Bazar ertəsi-cümə 08:30-17:30
Əmək haqqı
Əmək haqqı – təsdiq edilmiş vəzifə maaşları çərçivəsində razılaşma əsasında