Satınalma üzrə mütəxəssis
31.08.2024
Namizədlərə tələblər aşağıdakı kimidir:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır);
- Dövlət satınalmaları üzrə azı 1,5-2 il iş təcrübəsi ;
- Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
- Analitik düşünmə və qərarvermə qabiliyyəti;
Üstünlüklər
- İstehsalat sahələri üzrə satınalmalarda təcrübə;
- Rus və ya ingilis dilinin bilməsi;
Vəzifə öhdəlikləri:
- İllik satınalma planının hazırlanmasında iştirak;
- Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi;
- Satınalmaların keçirilməsi üçün ilkin hazırlıqların aparılması və qanunla müəyyən edilmiş prosedurların icrası;
- Bazar araşdırmalarının aparılması, istehsalat xidmətləri tərəfindən sifaris edilən material, avadanlıq və xidmətlərin ehtimal qiymətlərinin formalaşdırılması ilə bağlı təhlillərin aparılması;
- Ehtimal qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və qanunla müəyyən edilmiş qaydada ehtimal qiymətlərinin müəyyənləşdirilməsi;
- Səlahiyyətləri daxilində təchizatçılarla yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Potensial təchizatçılar, tələb və təklif, həmçinin mövcud qiymətlərin təhlili və məlumat bazasının yaradılması, potensial təchizatçılar haqqında müxtəlif mənbələr üzrə qiymətləndirmələrə dair təkliflərin hazırlanması;
- İstehalat proqramlarına uyğun olaraq tələbatlarla bağlı proqnozlaşdırmaların aparılması və ehtiyacların müəyyən olunması proseslərində iştirak və təkliflər vermək;
- Səlahiyyətləri daxilində müəyyən edilmiş hesabat və təhlillərin hazırlanması və təqdim edilməsi.
Maraqlananlar CV-lərini (azərbaycan və ya ingilis dilində) hr@azeristilik.gov.az elektron ünvanına göndərə bilərlər.
İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında