İqtisadçı
31.08.2024
Namizədlərə tələblər aşağıdakı kimidir:
- Maliyyə və iqtisadiyyat üzrə ali təhsil;
- Maliyyə hesabatlarına dair biliklər (MHBS);
- Sahə üzrə minimum 1,5-2 il iş təcrübəsi;
- Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı;
- Analitik düşünmə və qərarvermə qabiliyyəti.
Üstünlklər
- ACCA / SİMA/CFA üzrə sertifikatların olması;
- rus və ya ingilis dilinin bilməsi.
Vəzifə öhdəlikləri:
- İstilik enerjisi istehsalının maya dəyərinin plan kalkulyasiyasının hesablanması və faktiki göstəricilərlə müqayisəsi;
- İstehsalat xərclərinin elementlər üzrə qruplaşdırılması və hər bir element üzrə təsdiqedici göstəricilərə uyğunluğunun yoxlanılması;
- Gəlir və xərc maddələrinin təhlili və optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- İstehsal proqramları, gəlir və xərclərin, həmçinin texniki iqtisadi göstəricilərin proqnoz göstəricilərinin hazırlanmasında iştirak;
- Texniki-iqtisadi göstəricilərin təhlili və hər bir kənarlaşma halları ilə bağlı araşdırmaların aparılaraq səbəblər göstərilməklə təkliflərin hazırlanması;
- Normativ xarakterli sənədlərin hazırlanmasında iştirak. rəy və təkliflərin verilməsi;
Maraqlananlar CV-lərini (azərbaycan və ya ingilis dilində) hr@azeristilik.gov.az elektron ünvanına göndərə bilərlər.
İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında