Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Daxili audit və nəzarət üzrə mütəxəssis
08.09.2023
Namizədlərə tələblər aşağıdakı kimidir:

Mühasibat, maliyyə və audit və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
• Azərbaycan Respublikasının mühasibat, maliyyə və audit sahəsində qanunvericilik və qüvvədə olan standartlar üzrə biliklər
• İngilis və Azərbaycan dilləri bilikləri
• “Certified Fraud Examiner” (CFE) kimi sertifikatlaşdırma üstünlükdür
• Sənaye müəssisələrində peşəkar fəaliyyət təcrübəsi üstünlükdür

Vəzifənin qısa təsviri

"Azəristiliktəchizat"ın Daxili nəzarət şöbəsinin daxili audit və nəzarət üzrə mütəxəssisin əsas vəzifələri əməliyyatlara nəzarəti təşkil etmək, , audit, monitorinq və araşdırmalar aparmaq və şirkətdə ümumi effektivliyin yüksəldilməsinək töhfə verməkdən ibarətdir. Siz əsasən daxili nəzarətin təşkili, aktivlərin  müəyyənləşdirilməsi və bərpası sahələrində ümumi fəaliyyətimizə dəstək verəcəksiniz.

Vəzifə öhdəlikləri:

İstehsal sahələrində təftiş, nəzarət və audit tədbirlərinin keçirilməsi
• Maliyyə uyğunsuzluqlarının araşdırılması
• İstehsalat göstəricilərinin araşdırılması, məlumatların toplanması
• Vəsaitləri izləmək və bərpa olunacaq aktivləri müəyyənləşdirmək üçün hüquqi araşdırmaların aparılması
• Maliyyə məlumatlarının interpretasiyası və təftiş hesabatlarının hazırlanması
• Risklərin qiymətləndirilməsi
• Səmərəliləşdirici təkliflərin hazırlanması

İş mühiti

Gündəlik işlər əsasən "Azəristiliktəchizat" ASC-nin ofis mühitində həyata keçirilir. Rəqabətli əmək haqqı təklif olunur. İstehsalat sahələrində yoxlama, monitorinq, görüş, sahə auditi və araşdırmaların aparılması üçün istehsal sahələrinə mütəmadi ezamiyyət və səfərlər tələb oluna bilər.

İş qrafiki
İş saatları 08:30-17:30, həftədə 5 gün
Əmək haqqı
Ə/H-Razılaşma əsasında