Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Sədrin köməkçisi vəzifəsi üzrə
20.08.2025
Namizədlərə tələblər aşağıdakı kimidir:
  • Texniki ixtisas üzrə bakalavr təhsilinin olması;
  • İstehsalat sahə üzrə ən azı 1 il iş təcrübəsi;
  • MS ofis proqramları (MS Word, MS Excel və s.) ilə sərbəst işləmə bacarığı;
Vəzifə öhdəlikləri:
  • İş gününün planlaşdırılması,  görüşlər, səfərlər, müsahibələr, zənglər, qəbullar,  tədbirlər və digər fəaliyyətlər üçün qrafikin hazırlanması və əlaqələndirilməsi;
  • Cəmiyyətin fəaliyyət sahəsinə aid olan tədbirlərin keçirilməsi işinin təşkil edilməsində iştirak etmək;
  • Keçirilən iclasların, görüşlərin hazırlanması. lazımi materialların toplanması, iclasların vaxtı, yeri, gündəliyi barədə aidiyyəti işçilərin məlumatlandırılması, protokolların və digər sənədlərin aparılması;
  • Cəmiyyətin fəaliyyəti ilə bağlı olan bütün materialların gündəlik qısa məzmunu barədə məlumat hazırlamaq, işlərin gedişi və planların icrası barədə mütəmadi olaraq məlumat vermək;
  • Əmr və sərəncamlarının hazırlanmasında iştirak etmək, Cəmiyyətin aparatının struktur bölmələri tərəfindən işlərin icra vəziyyətinə dair məlumat hazırlamaq,  müvafiq sənədləri rəhbərə təqdim etmək;
  • Xidməti zərurətlə əlaqədar rəhbərlə operativ əlaqə saxlamaq və yaranmış vəziyyətlə bağlı rəhbərin verdiyi göstəriş və tapşırıqların yerinə yetirilməsi üçün operativ iş qurmaq;
  • Səlahiyyətləri çərçivəsində digər tapşırıqları yerinə yetirmək.
İş qrafiki
İş vaxtı: Bazar ertəsi-Cümə, 08:30-17:30
Əmək haqqı
Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur