Hüquqşünas (vakansiyanın müddəti bitib)
15.02.2025
Namizədlərə tələblər aşağıdakı kimidir:
- Ali hüquqi təhsil;
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Analitik düşünmə və təhlil qabiliyyəti olan;
- Kargüzarlıq (dövlət qaydaları əsasında) və mövcud qanunvericilik üzrə bilikləri;
- MS ofis proqramları ilə sərbəst işləmə bacarığı;
- Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişikliklərin edilməsi;
- Cəmiyyətin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhlil edilməsi;
- Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərini məlumatlandırılması;
- Müqavilələrin, sazişlərin və onlara əlavə və dəyişikliklərin hazırlanması, o cümlədən onların Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara və Cəmiyyətin mənafeyinə, habelə daxili qaydalara uyğun tərtib olunması;
- Qüvvədə olan normativ-hüquqi aktların sistemləşdirilmiş uçotunun aparılması;
- Müəssisədaxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak etmək;
- Struktur bölmələrin əsasnamələrinin və daxili prosedurların hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərin qanunauyğunluğunu yoxlamaq;
- Cəmiyyətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Cəmiyyətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak etmək.
İş qrafiki
İş vaxtı: Bazar ertəsi-Cümə, 08:30-17:30
Əmək haqqı
Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur