““Azəristiliktəchizat”-ı yaratdıq ki, Bakının və bütün ölkənin istilik problemini aradan qaldıraq.”
İlham Əliyev
Struktur

    “Azəristiliktəchizat” ASC “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi  Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.   

 

     “Azəristiliktəchizat” ASC istilik təchizatı sahəsində dövlətin vahid texniki iqtisadi siyasətini həyata keçirən əsas orqandır, səhmləri 100% dövlətə məxsusdur.

 

     Cəmiyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 229 saylı 14 dekabr 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir.

 

     İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır və tərkibi 3 nəfərdən-sədr və onun iki müavinindən ibarətdir.

 

   Cəmiyyətin strukturuna mərkəzi idarəetmə aparatı,  11 xidmət təsərrüfatı, 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 17 İstilik Sistemləri İstismar Sahəsi, 51  regional istilik təsərrüfatı idarələri, 5 Rayon istilik qazanxanası, 700-ə yaxın məhəllədaxili istilik qazanxanası, 197 istilik məntəqəsi, 1200 km-ə yaxın magistral və məhəlli istilik xətti, 2 yüksəldici nasos stansiyası, maşın parkı və digər mühəndis istilik kommunikasiyaları daxildir.

 

    Cəmiyyətin tərkibində xüsusiləşdirilmiş elektrik təsərrüfatı, nəzarət ölçü cihazları və avtomatika, qaz təsərrüfatı, mexaniki təmir, istilik mübadilə və su hazırlığı və nəqliyyat xidmətləri  fəaliyyət göstərir.

 

   Cəmiyyətin Yasamal və Xətai rayonları ərazisində texniki bazaları mövcuddur, baş ofisi Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanda yerləşir. Dispetçer xidməti 24 saat fasiləsiz fəaliyyətdədir.