Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC 3 aylıq “Könülülük proqramı”na start verib
28 FEVRAL 2024

“Azəristiliktəchizat” ASC fəaliyyətinin təkmilləşdirilməsi, müasir idarəetmənin optimallaşdırılması və kommunal xidmətlər sahəsində səmərəliliyin artırılması, istiqamətində 3 aylıq “Könülülük proqramı”na start verib.

Bununla əlaqədar olaraq "Azəristiliktəchizat" ASC-də  uğur qazanmış bir qrup könüllü ilə görüş keçirilib.

Görüşdə gənclərə qarşıda duran prioritet vəzifələr, istilik təchizatı sahəsində sürətlə aparılan islahatlar, enerji təchizatı müəssisə ilə istehlakçı arasında qarşılıqlı münasibətləri tənzimləyən yeni qaydalar barədə ətraflı məlumat verilib.

"Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev kommunal xidmətlər sahəsində ilk dəfə həyata keçirilən “Könülülük proqramı”nın gənclərin həm şəxsi, həm də karyera bacarıqlarının inkişafı üçün təkan olacağını diqqətə çatdırıb. İlham Mirzəliyev könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünya görüşünün genişlənməsində mühüm rolundan danışıb.

Məlumat üçün bildirək ki, “Könülülük proqramı” üçün cari ilin 15-31 yanvar tarixlərində 436 nəfər müraciət etmişdir. Proqram çərçivəsində könüllülər istilik enerjisi sektoruna dair təcrübələr qazanacaq, xüsusilə sorğuların keçirilməsi, abonentlərlə ünsiyyətin qurulması ilə bağlı vərdişlərə yiyələnəcəklər.