“Ümumdünya Kommunal Xidmətlər Konqresi”

Energetika naziri Pərviz Şahbazov BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi” çərçivəsində panel müzakirələrində çıxış edib. Çıxışda qlobal enerji tədarükü sistemində baş verən proseslər fonunda enerji təhlükəsizliyinin təminatı, enerji keçidi, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi artan rolu və Körfəz ölkələri ilə “yaşıl” enerji sahəsində tərəfdaşlıq əlaqələrindən bəhs edilib.