Bərdə şəhərində vətəndaşların qəbulu keçiriləcək.

2022-ci ilin aprel ayının 12-də saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev tərəfindən Bərdə şəhərində Bərdə və Tərtər  şəhərlərinin  sakinləri üçün vətəndaş qəbulu keçiriləcək. Qəbulda istilik və isti su təchizatı ilə  bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Bərdə rayonu, Heydər Əliyev prospekti 92 ünvanında keçiriləcəkdir.
Məlumat və əlaqə üçün:   
  (+994 77) 419 00 56
  (+994 77) 419 00 78
  (+994 77) 418 00 18
  (+994 77) 418 00 04
E-mail: info@azeristilik.gov.az