Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.
2022-ci ilin mart ayının 11-də saat 12:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev tərəfindən Mingəçevir şəhərində Mingəçevir və Yevlax şəhərlərinin sakinləri üçün vətəndaş qəbulu keçiriləcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Mingəçevir şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.