Hörmətli abonentlər.
2020/2021-ci illər payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq Cəmiyyətə məxsus bəzi qazanxana və istilik məntəqələrinin işə salınmasında ləngimələr baş vermişdir. Bununla əlaqədar olaraq “Azəristiliktəchizat” ASC olaraq abonentlərdən üzr istəyir və bildiririk ki, hazırda bütün qazanxana və istilik məntəqələri tam işə salınmış, günün sonuna kimi bütün yaşayış binaları və sosial obyektlərin istiliklə təchiz olunması təmin olunacaqdır.