”Azəristiliktəchizat” ASC artıq “Asan kommunal” mərkəzində.

17 avqust 2020-ci il tarixindən etibarən ”Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin istehlakçılara göstərilən xidmətlərinin asanlaşdırılması məqsədi ilə, istilik və isti su təchizatına görə borcların araşdırılması və borcun olmaması haqqında arayışların verilməsi, abonent məlumat bazasında dəyişikliklərin edilməsi və texniki şərtlərin verilməsi xidmətləri 1 saylı Bakı “Asan kommunal” mərkəzində həyata keçirməyə başlanılmışdır. Vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 19:00-dək, şənbə günləri isə 09:00-dan 17:00-dək  fasiləsiz həyata keçirilir.