2023-cü ildə “Çağrı Mərkəzi” vasitəsilə  2966 vətəndaş müraciəti qəbul edib

“Azəristiliktəchizat” ASC vətəndaşların müraciətlərinin vaxtında qəbul edilməsi və işlənilməsini təmin etmək məqsədilə 2022-ci ildə “Çağrı Mərkəzi”nin fəaliyyətini  müasir avadanlıqlar və texnologiyalar tətbiq etməklə daha da təkmilləşdirmişdir.

2023-cü ildə “Azəristiliktəchizat” ASC “Çağrı Mərkəzi” vasitəsilə  2966 vətəndaş müraciəti qəbul edilib. Bunlardan 1862-i  istilik və isti su təchizatı xidmətləri, 613-ü borcla əlaqədar, 491-i isə digər məsələlərlə bağlı müraciətlər təşkil edib. Vətəndaşların sualları operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Əməkdaşlarımız bayram günlərində də 24 saat fasiləsiz xidmət göstərib və 343 müraciəti qəbul edərək operativ olaraq baxılması və icra edilməsini təmin ediblər.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin “956” “Çağrı Mərkəzi” fəaliyyət göstərir. Vətəndaşlardan və abonentlərdən cəmiyyətin və onun yerli strukturlarının xidməti ilə bağlı müraciət və şikayətlərini bütün mobil operatorlardan "012 956" nömrəsini yığmaqla "Cağrı Mərkəzi"nə bildirmələrini xahiş edirik.