Qazanxanalarımızı yaxından tanıyaq

Bu buraxılışda Bakı şəhərində yerləşən və Suraxanı rayonu, Hövsan qəsəbəsindəki 359 nömrəli qazanxanadan danışacağıq. Qeyd olunan qazanxana xidmət etdiyi ərazinin istilik təchizatının daha keyfiyyətli və dayanıqlı həyata keçirilməsi məqsədilə 2013-cü ildə yenidən qurulmuş və müasirləşdirilmişdir. Müasir qazan aqreqatları və avadanlıqlar qazanxanada avtomat rejimdə idarəetməyə imkan verir, qaz sərfiyyatı üzrə səmərəliliyi artırır, və insan amilinə ehtiyacı minimuma endirmişdir. Gücü 1,6 Qkal/saat olan qazanxana hazırda Hövsan Mədəniyyət Evinin, 196 saylı məktəbin və 23 yaşayış binasının istilik enerjisi ilə dayanıqlı təminatını həyata keçirməkdədir.