"Azəristiliktəchizat" ASC yeni vakansiya elan edib

Vakansiyanın adı: Debitor borclar üzrə mühasib

İş barədə məlumat:

  • Debitorlarla (istehlakçılar) hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
  • Debitor borclarının izlənməsi və təhlili;
  • Hər ayın sonunda debitorlarla üzləşmələr aparmaq və üzləşmə aktlarını tərtib etmək;
  • Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq
  • Rəhbərliyə debitor borclar haqqında hesabatları hazırlamaq;
  • Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması və prosedura uyğun ödənilən borclarının 1C 8.3 proqram təminatında düzgün işlənilməsinə nəzarət;
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Digər gündəlik (invoys, qaimələrin yazılması, departamentlərə gündəlik məlumatların göndərilməsi) və aylıq debitor (müvafiq şöbələrlə hesablar üzrə əməliyyatların yerinə yetirilməsi;
  • Gündəlik təhvil-təslim aktlarının yoxlanılması və aktlara əsasən elektron qaimələrin tərtib olunması,hesab faktura və qiymət razılaşma protokolunun yazılması;
  • Göndərilən elektron qaimələrin daimi olaraq nəzarətdə saxlanılması;

 

Tələblər:

Təhsil : Ali

İş təcrübəsi : 1 ildən 3 ilə qədər

Yaş : 25 – 40

Cins : Kişi, Qadın

  • Müvafiq sahədə 1-3 illik təcrübə;
  • MS Office (Word, Excel) və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə bilikləri yaxşı səviyyədə;
  • ACCA F3, F7 sertifikatı olanlara üstünlük verilir

 

Qeyd: Əmək haqqı müsahibə zamanı müəyyən olunacaq. Debitor borclar üzrə mühasib vəzifəsinə namizədliyini təqdim etmək istəyənlər info@azeristilik.gov.az elektron ünvanına müraciət edə bilərlər.