Lənkəran şəhərində vətəndaşların qəbulu keçiriləcək.
2022-ci ilin avqust ayının 25-də saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev tərəfindən Lənkəran şəhərində Lənkəran, Astara, Lerik şəhərlərinin sakinləri üçün vətəndaş qəbulu keçiriləcək. Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qəbul Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.