“Azəristiliktəchizat ASC” 3 aylıq “Könülülük proqramı” layihəsinə start verir.
18.01.2024
Biz kimləri axtarırıq?
- Müvafiq ixtisaslar üzrə orta ixtisas və ya ali təhsili (mühəndis, iqtisadiyyat, maliyyə, energetika, qurğu mühəndisi ixtisaslarına üstünlük verilir) olan;
- Azərbaycan dilini yüksək səviyyədə bilən;
- Ünsiyyətcil və təşəbbüskar;
- Komanda da işləmək bacarığına sahib;
Nələr əldə edəcəksiniz?
- Gələcək fəaliyyətinizdə uğur qazanmağınız üçün müvafiq sahə üzrə praktiki biliklər əldə edəcəksiniz;
- Proqramı uğurla bitirən gənclərə sertifikat və xasiyyətnamə təqdim olunacaq;
- Peşəkar mütəxəssislər tərəfindən təlimlər alacaqsınız;
- Könüllülərin əsas səmərəlilik göstəricilərinə uyğun ödəniş təmin olunacaq və yüksək səmərəlilik göstəricilərinə malik olan könüllülər Cəmiyyətdə daimi işə qəbul olunmaq şansı əldə edəcək;
Könüllü proqramı çərçivəsində peşəkar komandamıza qoşulmaq və karyeranıza gedən yolda bizimlə irəliləmək istəyirsinizsə, CV-lərinizi mövzu hissəsinə “Könüllü” yazaraq 31.01.2024-cü il tarixinə kimi hr@azeristilik.gov.az email ünvanına göndərməyiniz xahiş olunur.