Etibarlı və dayanıqlı istilik
İstehlakçıların keyfiyyətli və dayanıqlı istiliklə təchiz etmək məqsədilə qazanxalarda və istilik məntəqələrində müvafiq tədbirlər həyata keçirilir.
"Azəristiliktəchizat" ASC payız-qış mövsümü ərzində istismarda olan qazanxanaların və istilik məntəqələrinin səmərəliliyini yüksəltmək, enerji itkilərini minimuma endirmək və istehlakçılara keyfiyyətli istilik enerjisi təqdim etmək məqsədilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ölkə ərazisində aparılan geniş miqyaslı işlərin icrasını həyata keçirməkdədir.
Növbəti illərdə müştəri məmnuniyyətinin yüksəldilməsi, habelə abonentlərin fikir və münasibətlərinin öyrənilməsi istiqamətində məmnuniyyət sorğularının keçirilməsi nəzərdə tutulur.