“Azəristiliktəchizat” ASC-nin balansında 537 qazanxana, 88 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası fəaliyyət göstərir. Bundan əlavə Bakı şəhərində və regionlarda ümumilikdə 27 qazanxanaya müqavilə əsasında xidmət göstəririk.
İsti su və ya buxarın hazırlanmasında bilavasitə istifadə olunan qazan qurğularının və qazanxana avadanlıqlarının yerləşdiyi tikili qazanxana adlanır. Qazanxana avadanlıqları–qazan qurğuları, Yandırıcı qurğular (odluqlar), Tüstüsovuran və havavuranlar, Su hazırlığı qurğuları, Genişləndirici çənlər, Qidalandırıcı qurğular (nasoslar,), Dövredici qurğular (şəbəkə və dövriyyə nasosları), Elektrik avadanlıqları,Nəzarət ölçü cihazları, İstilik mübadilə aparatları, Qoruyucu qurğular, Havaburaxıcı qurğular, Qaz təsərrüfatı avadanlıqları, Bağlayıcı tənzimləyici armaturlar (qoruyucu və nəzarət edici),Tüstü borusu, Ehtiyat su çənləri, Ekonomayzer, Deaerator qurğusu, Buxar qızdırıcısı və s. ibarətdir.
İstilik mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti aşağıdakı kimidir:
- İstilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 564 qazanxana və 88 istilik məntəqəsi təftiş edilib;
- 967 ədəd dirsək, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilmiş, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub;
- 732 ədəd qazan aqreqatı, 1378 ədəd nasos, 8658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib;
- 1002.2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 9.44 km istilik boru xətləri əsaslı təmir olunub;
- 1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib;
- İstilik xətlərində 2978,43 m2 istilik örtük qatı təmir olunmuş, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənmiş, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub;
- 447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.