Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

sriftin_olcusu

sriftin_novu

San-SerifSerif

sekilleri_tesviri

İstilik

“Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış “Azəristiliktəchizat” ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik və isti su təchizatını təmin etməkdən ibarətdir.

“Azəristiliktəchizat” ASC Bakı şəhəri və respublikanın regionlarında balansında olan 554 qazanxana və 89 istilik məntəqəsi vasitəsi ilə 3863 yaşayış binasının, 185 mindən çox mənzilin, 280 orta məktəbin, 159 uşaq bağçasının, 147 səhiyyə müəssisəsinin və 2630 yaxın sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin etməkdədir. 

İstilik təchizatı mənbələrinə qoşulmaq üçün bu linkə daxil ola bilərsiniz.