Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

"Azəristiliktəchizat" ASC-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin istehsalat təcrübəsinə başlayan bir qrup tələbəsi ilə görüş keçirilib
12 MART 2026

Azəristiliktəchizat ASC-nin sədri İlham Mirzəliyev tələbələrə mərkəzləşdirilmiş istilik təchizatı sisteminin ölkə iqtisadiyyatında və şəhər infrastrukturunda tutduğu yer, istilik mənbələrinin istismarı, istilik şəbəkələrinin idarə edilməsi və mövcud modernləşməlayihələri barədə ətraflı məlumat vermişdir. O, həmçinin gənc mütəxəssislərin bu sahədə hazırlanmasının vacibliyini vurğulamış və tələbələrə gələcək peşə fəaliyyətlərində
uğurlar arzulamışdır. Görüş zamanı tələbələr istilik istehsalı və paylanması prosesləri, avadanlıqların istismar xüsusiyyətləri, enerji səmərəliliyi tədbirləri və sahədə tətbiq olunan müasir texnologiyalar, həmçinin perspektiv iş yerləri barədə onları maraqlandıran sualları səsləndirmiş, ətraflı cavablar verilmişdir.
Sonda tələbələr üçün müəssisənin bəzi istehsalat sahələrinə tanışlıq xarakterli baxıştəşkil edilmiş və onlara praktiki fəaliyyət zamanı əməl edilməli təhlükəsizlik qaydaları barədə məlumat verilmişdir.