







Azəristiliktəchizat ASC-nin sədri İlham Mirzəliyev tələbələrə mərkəzləşdirilmiş istilik
təchizatı sisteminin ölkə iqtisadiyyatında və şəhər infrastrukturunda tutduğu yer, istilik
mənbələrinin istismarı, istilik şəbəkələrinin idarə edilməsi və mövcud modernləşmə
layihələri barədə ətraflı məlumat vermişdir. O, həmçinin gənc mütəxəssislərin bu sahədə
hazırlanmasının vacibliyini vurğulamış və tələbələrə gələcək peşə fəaliyyətlərində
uğurlar arzulamışdır.
Görüş zamanı tələbələr istilik istehsalı və paylanması prosesləri, avadanlıqların istismar
xüsusiyyətləri, enerji səmərəliliyi tədbirləri və sahədə tətbiq olunan müasir
texnologiyalar, həmçinin perspektiv iş yerləri barədə onları maraqlandıran sualları
səsləndirmiş, ətraflı cavablar verilmişdir.
Sonda tələbələr üçün müəssisənin bəzi istehsalat sahələrinə tanışlıq xarakterli baxış
təşkil edilmiş və onlara praktiki fəaliyyət zamanı əməl edilməli təhlükəsizlik qaydaları
barədə məlumat verilmişdir.








