Mirzəliyev İlham Ata oğlu 1960-cı ildə anadan olmuşdur.
İqtisadçı-mühəndisdir.
1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planlaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini
2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini
2003-2006-cı illərdə “Azərbaycanın Enerji Sektoruna Texniki Yardım” Layihəsi ABŞ PA Consulting Şirkətində istilik məsələləri üzrə ekspert
2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini
Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra etməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilmişdir.
İqtisad üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.