Korporativ Dəyərlərimiz
“Azəristiliktəchizat” ASC korporativ dəyərlər modeli 6 prinsipdən ibarətdir:
Vətəndaş / müştəri yönümlülük
Bizim diqqət etdiyimiz məqam özümüz və ehtiyacımız üçün deyil, müştərilərimiz və onların ehtiyac duyduqlarıdır. Biz müştərilərimizin reallığını anlamaq və fəal olmaq üçün vaxt ayırırıq. Bu da öz növbəsində problemləri qabaqcadan görməyə habelə, fürsətləri aşkar etməyə kömək edir.
Komanda işi
Uğurlu olmaq təşkilatın bütün üzvlərini bağlayan qarşılıqlı əməkdaşlıq və ortaq məsuliyyətdən asılıdır. Möhkəm tərəfdaşlığımız fərdi nailiyyətləri təşkilati uğura çevirməyə imkan yaradır.
Nəticə yönümlülük
Fərdlərin özünəməxsus istedadları var. Biz bu bacarıqlardan istifadə edərək onlara maraqlı qabiliyyətlərini biruzə verərək istifadə etməyə imkan yaradırıq. Nəticədə özünə inamlı və bacarıqlı, həmçinin qərarlarının nəticələrinə görə cavabdehlik daşıyan əməkdaşlar yaranır.
Ədalətlilik və hörmət
Komanda üzvlərinə, həmyaşıdlara, rəhbərlərə, müştərilərə və tərəfdaşlara ədalətlə və qərəzsiz yanaşırıq. Biz başqalarının orijinallığını qiymətləndiririk və yeni ideyalara hörmət edirik. Ən əsası isə dürüst cavab verməkdən qürur duyuruq.
Yenilikçilik
Biz davamlı olaraq operativ qərarlar verərək performansımızı davamlı şəkildə yüksəldirik. Təşəbbüs mədəniyyətini gücləndirir, əməkdaşlara bunun üçün konkret imkan və təşviq mexanizmləri təqdim edirik.
İnnovativlik və öyrənməyə fokuslanma
Biz insanlarımızın biliklərinin inkişafına sərmayə qoyuruq. Biz başa düşürük ki, ən yaxşı ideyalar Cəmiyyəmizin daxilində hər hansı bir şəxsdən gələ bilər. Biz yeni ideyaların üzə çıxmasına imkan verən mühit yaradırıq.