Şriftin ölçüsü

Şriftin növü

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ŞRİFTİN ÖLÇÜSÜ

ŞRİFTİN NÖVÜ

San-SerifSerif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Azəristiliktəchizat” ASC-də yeni işə qəbul olunan gənclərlə görüş keçirilib
19 MART 2026

“Azəristiliktəchizat” ASC-də müsabiqə əsasında yeni işə qəbul olunmuş gənclərin  iştirakı ilə təqdimat xarakterli görüş keçirilmişdir. Görüş zamanı müsabiqə əsasında işə qəbul edilmiş və mərkəzi aparat və müxtəlif istehsal sahəərində  fəaliyyət göstərəcək 12 yeni əməkdaş peşə bacarıqları, ixtisas sahələri və gələcək fəaliyyətlə bağlı gözləntiləri barədə məlumat vermişdir.

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev gənclərin istilik təchizatı sistemlərində  səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini ifadə etmişdir.

İlham Mirzəliyev qeyd edib ki, istilik təchizatı sahəsində aparılan islahatlar, eləcə də xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər peşəkar və təşəbbüskar kadr potensialının formalaşdırılmasını zəruri edir.

Sonda yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzulanmışdır.