







“Azəristiliktəchizat” ASC-də müsabiqə əsasında yeni işə qəbul olunmuş gənclərin iştirakı ilə təqdimat xarakterli görüş keçirilmişdir. Görüş zamanı müsabiqə əsasında işə qəbul edilmiş və mərkəzi aparat və müxtəlif istehsal sahəərində fəaliyyət göstərəcək 12 yeni əməkdaş peşə bacarıqları, ixtisas sahələri və gələcək fəaliyyətlə bağlı gözləntiləri barədə məlumat vermişdir.
“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev gənclərin istilik təchizatı sistemlərində səmərəli fəaliyyət göstərəcəklərinə əminliyini ifadə etmişdir.
İlham Mirzəliyev qeyd edib ki, istilik təchizatı sahəsində aparılan islahatlar, eləcə də xidmət keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər peşəkar və təşəbbüskar kadr potensialının formalaşdırılmasını zəruri edir.
Sonda yeni əməkdaşlara fəaliyyətlərində uğurlar arzulanmışdır.








