

Layihə çərçivəsində Xətai rayonu Yeni Əhmədli qəsəbəsində 2935 "A" məhəlləsində 1 saylı istilik məntəqəsinin və Gəncə prospekti 35 ünvanında yüksəldici nasos stansiyasının yenidən qurularaq müasir qazanxanaya çevrilməsi nəzərdə tutulur və layihənin icrası 25 yaşayış binası və 3 uşaq bağçasının ən yüksək səviyyədə istiliklə təmin edilməsinə imkan verəcəkdir. Yenidənqurma işləri istilik mövsümünə qədər başa çatdırılacaqdır. Bununla əlaqədar cəmiyyətin mühəndis texniki heyəti və layihənin icrasını həyata keçirəcək satınalma müsabiqəsinin qalibi olan tikinti şirkətinin nümayəndələri ilə birlikdə əraziyə baxış keçirilib, iş həcmi və işlərin icra qrafiki bir daha dəqiqləşdirilmiş, nəzərdə tutulan işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.








